Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelin Ukraynanın paytaxtı Kiyevə səfəri başlayıb.
Bu barədə Aİ-nin diplomatı tvitter səhifəsində yazıb.
Bundan əvvəl də bir sıra xarici diplomatlar müharibənin gedişində Ukraynaya səfər ediblər və xarici işlər naziri Dmitri Kuleba ilə, bəzən də prezident Volodimir Zelenski ilə görüşlər keçiriblər.
Prezident açıqlamalarında bu cür təşəbbüsələri alqışlayıb və xarici diplomatları ölkəyə dəvət edib. Bununla bərabər, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayaraq bildirib ki, Rusiya işğalçılarının əsas səyləri Mariupolun ələ keçirilməsinə, İzyum şəhəri ərazisinə hücuma və Donetsk istiqamətində Birləşmiş Qüvvələrin (Donbas ərazisində təmas xəttində dayanan ukraynalı hərbçilər) müdafiəsini yarmağa yönəlməkdə davam edir