5 Aprel 2022
Mətni dəyiş
Avropa Komissiyasının sədri Ursula fon der Leyen Twitter-də Aİ-nin Ukraynadakı müharibə ilə əlaqədar sanksiyaların beşinci raundu çərçivəsində Rusiyadan kömür tədarükünü qadağan edəcəyini açıqlayıb.
Fon der Leyenin sözlərinə görə, Rusiyadan illik kömür idxalı 4 milyard avro həcmində qiymətləndirilir. Avropa Komissiyasının özünün məlumatına görə, Rusiyadan kömür tədarükü Aİ-nin bütün idxalının 45%-ni təşkil edib.
Kömürdən əlavə, Avropa Komissiyası taxta, sement, dəniz məhsulları və spirtli içkilərin tədarükünü qadağan etmək qərarına gəlib - cəmi "5,5 milyard avro". Həmçinin VTB daxil olmaqla dörd "əsas Rusiya bankı" ilə əməliyyatlara qadağa qoyulub.
Avropa Komissiyasının təklif etdiyi yeni sanksiyalara həmçinin “Rusiyaya həssas olan sənayelərdə” avadanlığın – kvant kompüterlərinin, yarımötürücülərin və nəqliyyat avadanlığının ixracına, habelə Rusiya və Belarus yükdaşıma şirkətlərinin işinə qadağa daxildir.