Avropa Komissiyası belə qənaətə gəlib ki, Rusiya hökumətinin tələb etdiyi kimi, qaz tədarükünə görə rublla ödəniş edilməsi sanksiyaların pozulması deməkdir.
Bu barədə ˝Bloomberg˝ Avropa Komissiyasının nəticələri ilə tanış olan mənbəyə istinadən xəbər verir.
Agentlik bildirir ki, Avropa Komissiyası qaza görə rublla ödəniş edilməsi tələbinin hüquqi təhlilini apardıqdan sonra bunun ödəniş valyutasının dəyişdirilməsini nəzərdə tutmayan tədarük müqavilələrinin pozulması olduğuna qərar verib.
Daha əvvəl Rusiyanın qazın pulunun rublla ödənilməsi tələbi ilə üzləşən bir çox ölkə ödəniş valyutasını dəyişməyəcəklərini bildirmişdi.
Avropa İttifaqı bu məsələ ilə bağlı Avropa Komissiyasının nəticələri əsasında vahid mövqe hazırlayacaqlarını açıqlayıb.