Apellyasiya Məhkəməsi siyasi fəal Samir Aşurovu həbsdə saxlayıb

Apellyasiya Məhkəməsi siyasi fəal Samir Aşurovu həbsdə saxlayıb
29 Aprel 2022
Mətni dəyiş

Aprelin 28-ci Bakı Apellyasiya Məhkəməsi Almaniyadan deportasiya olunduqdan sonra həbs edilən siyasi fəal Samir Aşurovu həbsdə saxlayıb.  Nizami Rayon Məhkəməsi ilkin istintaq dövrü üçün onun 4 aylıq həbs edilməsi ilə bağlı qərar çıxartmışdı. Aşurov martın 29-da Almaniyadan deportasiya edilib və 20 gün sonra Bakıda polis tərəfindən saxlanılıb. Onu Elşən Nəbiyev adlı şəxsə bıçaq xəsarəti yetirməkdə ittiham ediblər  (Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi –xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmaq). Onu 6-dan 11 ilədək həbs təhlükəsi gözləyir.

Bir müddətdir Almaniyadan Azərbaycana deportasiya edilən mühacirlərin bir neçəsi həbs ediliblər. Bu barədə onların yaxınları məlumat veriblər.

Məlumata görə, 2021-ci ilin sonlarında readmissiya qaydasında Almaniyadan Azərbaycana qaytarılmış Xalq Cəbhəsi Partiyasının fəalı Pünhan Kərimli və Cəfər Mirzəyev narkotik ticarətində ittiham olunub. Onlar müxtəlif vaxtlarda saxlanılaraq həbs ediliblər.

Bundan başqa, həmin ilin payızında yenə Almaniyadan göndərilmiş iki fəal - Mütəllim Orucov və Malik Rzayev narkotik ittihamı ilə həbs ediliblər.

Həbs olunan şəxslərin hamısı Almaniyada olarkən Azərbaycan höküməti əleyhinə keçirilən aksiyaların iştirakçılarıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun