27 Aprel 2022
Mətni dəyiş
Almaniya Ukraynaya onlarla ˝Gepard˝ özüyeriyən zenit silahı verəcək, Almaniyanın müdafiə naziri Kristina Lambrext bildirib. Reuters-in məlumatına görə, silahlar Almaniyanın ˝Krauss-Maffei Wegmann˝ şirkətinin anbarlarından tədarük ediləcək. Çatdırılmaların nə vaxt başlayacağı dəqiqləşdirilməyib.
ABŞ-ın müdafiə naziri Lloyd Ostin Almaniyanın “50 ˝Gepard˝ göndərmək˝qərarını qərarını alqışlayıb. “Bu qurğular Ukrayna üçün real imkanlar yaradacaq”, deyə o, Almaniyanın qərbində yerləşən Amerikanın ˝Ramşteyn˝ aviabazasında Kristina Lambrext və onlarla həmkarı ilə danışıqlardan sonra bildirib.
Bundesverin saytına görə, ˝Gepard˝ özüyeriyən zenit silahı Almaniya ordusunun zenit qüvvələrinin sütunlarından biri hesab olunur. “Silah iki 35 mm-lik pulemyotla hərbi hissələri alçaqdan uçan təyyarə və helikopterlərdən qorumaq və yerüstü hədəfləri məhv etmək üçün nəzərdə tutulub”, - deyə qurumdan bildirilib. Almaniyada "Gepard"lar 2010-cu ilə qədər istehlak olunub.
˝Die Welt˝-in məlumatına görə, Almaniyanın ˝Rheinmetall˝ konserni Ukraynaya 88 ˝Leopard 1A5˝ tankı göndərməyə hazırdır. Şirkət Almaniya hökumətindən avadanlıqların tədarükü üçün icazə istəyib. İlk 22 tankın bir neçə həftə ərzində, qalanlarının isə ilin sonuna kimi Ukraynaya göndəriləcəyi gözlənilir.