11 Aprel 2022
Mətni dəyiş
Avropa İttifaqına üzv ölkələr Ukraynada davam edən müharibəyə görə Rusiyaya qarşı altıncı sanksiyalar paketini müzakirə etməyə başlayıblar. Bunu, xüsusən, Danimarkanın xarici işlər naziri Jeppe Kofod və Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bildirib.
“Mən şadam ki, Avropa Komissiyası “neft variantı” ilə altıncı paket üzərində işə başladığımızı açıq şəkildə bildirdi. Ümid edirəm bu dəfə işə yarayacaq", Landsbergis Aİ xarici işlər nazirlərinin görüşəcəyi Lüksemburqda jurnalistlərə deyib.
Lüksemburqa gələn Kofod da altıncı paketin Rusiya neftinin idxalına qadağa qoyulmasını nəzərdə tutub-tutmadığını birbaşa açıqlamayıb, lakin məhdudlaşdırıcı tədbirlərin “enerji sektoruna” təsir edəcəyini bildirib.
Avropa İttifaqı beşinci sanksiyalar paketini cümə günü, aprelin 8-də təqdim edib. Bu günə qədərki son sanksiyalar paketinə Rusiya kömürünün idxalına qadağa, Rusiya gəmilərinin Aİ limanlarına daxil olmasına və Rusiya və Belarus yükdaşıyıcılarının Aİ-yə girişinə qadağa (bir sıra istisnalar istisna olmaqla) daxildir.