Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı beşinci sanksiyalar paketi barədə razılığa gəliblər. Xüsusilə, ilkin olaraq mübahisələrə səbəb olan Rusiya kömürünün idxalına qoyulan qadağanın parametrləri razılaşdırılıb. Rusiyaya silah ixracına son qadağa da təqdiqlənib.
Bu barədə Associated Press yazır. Bundan başqa, beşinci sanksiyalar paketi çərçivəsində Rusiya bayrağı altında üzən ticarət gəmilərinin Avropa limanlarına girişi bağlanacaq, Rusiya yük daşımalarının Aİ-yə daxil olması qadağan ediləcək.
Yeni sanksiyaların tam siyahısı yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq.
"Bloomberg" agentliyinin məlumatına görə, bir sıra ölkələr də Rusiya neftinin idxalına qadağa qoyulmasını təkid ediblər. Bununla belə, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bu məqamın ayrıca müzakirə ediləcəyini bildirib.