Ukraynanın şərqində Rusiyanın yeni hücumunun gözlənilməsi fonunda çərşənbə günü ABŞ prezidenti Co Bayden Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib. Buraya vertolyotlar, artilleriya və digərləri daxikdir. Turan-ın Vaşinqtondakı müxbiri bildirib.
“Mən indicə prezident Zelenski ilə danışdım və bildirdim ki, Ukraynaya 800 milyon dollar dəyərində əlavə silah, hərbi sursat və təhlükəsizlik sahəsində digər yardımın verilməsini sanksiyalaşdırıram”, - Baydenin bəyanatında deyilir.
Buraya artilleriya sistemləri, mərmilər, zirehli transportyorlar və pilotsuz sahil mühafizə katerləri daxildir.
ABŞ və beynəlxalq birlik Putin müharibəsini Kremlin uzunmüddətli strateji uğursuzluğuna çevirəcək”, - dövlət katibi Entoni Blinken ayrıca bəyanatda bildirib.
Öz növbəsində Pentaqon bildirib ki, 800 milyon dollarlıq yardım paketi artıq "Ukrayna yolundadır”.
Pentaqonun mətbuat katibi Con Kirbi deyib ki, yeni paketə aşağıdakılar daxildir:
* 18 ədəd 155 millimetrlik haubitsa və 40 000 artilleriya mərmisi;
* 10 AN / TPQ-36 artilleriya əleyhinə radar;
* iki AN/MPQ-64 Sentinel RLS hava müşahidə radarı;
* 300 “Switchblade” taktiki pilotsuz uçuş aparatı;
* 500 “Javelin” raketi və minlərlə digər tank əleyhinə sistem;
* 200 M113 zirehli transportyor;
* 100 zirehli yüksək mobil çoxməqsədli təkərli maşın;
* 11 Ми-17 vertolyotu;
* pilotsuz sahil mühafizə gəmiləri;
* kimyəvi, bioloji, radioloji, nüvə mühafizə vasitələri;
* tibbi avadanlıq;
* 30 000 dəst zirehli jilet və dəbilqə;
* 2000-dən çox optik və lazer məsafəölçən;
*C-4 partlayıcı maddə və maneələri aradan qaldırmaq partladıcı avadanlıq;
* M18A1 Claymore piyada əleyhinə sursat
Pentaqon həmçinin daha çox sayda Ukrayna qüvvələrinə “Switchblade” pilotsuz uçuş aparatlarından və digər silahlardan istifadə üzrə təlim keçməyin yollarını nəzərdən keçirir. Bu işdə ukraynalılara Avropada yerləşən ABŞ qoşunları kömək edəcək.
Əlavə amil odur ki, son səkkiz ildə Ukrayna ABŞ-da və NATO üzrə Böyük Britaniya və Kanada kimi müttəfiqlərdə mükəmməl təlim keçib.
Yerlərdə vəziyyətə gəlincə, Pentaqon Ukraynanın şərqinə yeni hücumdan öncə Rusiya qüvvələrinin Belarusda və Rusiyada hərəkətini və fəaliyyətini izləməyə davam edir.