ABŞ Maliyyə Nazirliyi Rusiyanın almaz hasilatı şirkəti "Alrosa"ya qarşı sanksiyaları genişləndirərək, onun aktivlərinin bloklanmasına göstəriş verib. Bu barədə qurumun saytında məlumat verilib.
"Alrosa" ilə yanaşı, Birləşmiş Gəmiqayırma Korporasiyası və 28 əlaqəli hüquqi şəxs bloklayıcı sanksiyalara məruz qalıb. Onların arasında “Almaz” və “Rubin” konstruktor büroları, “Admiralteykie verfi” gəmiqayırma zavodu, “Sevmaş” zavodu var.
Bundan əlavə, Birləşmiş Gəmiqayırma Korporasiyasının direktorlar şurasının səkkiz üzvünə qarşı sanksiyalar tətbiq edilib.
"Alrosa" dünyanın ən böyük almaz hasilatı şirkətidir və qlobal almaz istehsalının 28 faizni təşkil edir. 2021-ci ildə "Alrosa"nın gəliri 4,2 milyard dolları ötüb. Şirkətin səhmlərinin 60 faizindən çoxu dövlətə məxsusdur.