ABŞ dövlət katibinin köməkçisi Cənubi Qafqazda səfərdədir

ABŞ dövlət katibinin köməkçisi Cənubi Qafqazda səfərdədir
19 Aprel 2022
Mətni dəyiş

"Birləşmiş Ştatlar Ermənistanın baş naziri Paşinyanın Azərbaycanla sülh danışıqları, Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son ikitərəfli telefon danışığı və Azərbaycan prezidenti Əliyevin sülh danışıqlarına sadiq qalması ilə bağlı son şərhlərini alqışlayır".

Bu sözlər Dövlət Departamentinin bazar ertəsi yaydığı açıqlamada yer alıb.

Dövlət Departamentinin 'Twitter' hesabından yayımlanan açıqlamada bildirilir ki, Dövlət katibinin köməkçisi Donfrid ABŞ-ın bu prosesə necə dəstək verə biləcəyini müzakirə etmək üçün Qafqaz məsələlərində danışıqlar üzrə baş müşaviri Endryu Şoferi regiona göndərir.

Şofer artıq İrəvandadır və orada bazar ertəsi Ermənistan XİN və Təhlükəsizlik Şurasının rəhbəri ilə danışıqlar aparıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun