İranın ali dini lideri Əli Xamenei ABŞ-la aparılan nüvə danışıqlarının müsbət irəlilədiyini bildirib.
Xamenei bu barədə Ramazan ayı münasibətilə hökumət nümayəndələrilə birlikdə keçirilən iftar görüşündə danışıb. O, qeyd edib ki, müzakirələrdə İranı təmsil edən nümayəndə heyəti ABŞ nümayəndələrinin istəkləri qarşısında dirəniş göstərirlər. Xamenei bildirib ki, Amerika indiyə qədər nüvə sazişində nəzərdə tutulan öhdəliklərini yerinə yetirməyərək özünü bir çıxılmaza salıb. xamenei hökumət nümayəndələrinə deyib ki, siyasət yürüdərkən, nüvə danışıqlarını nəzərə almayın. Orada müsbət və ya mənfi nəticələr isizin işinizə təsir etməməlidir. Bayden administrasiyası fevralın əvvəli İranın mülki nüvə proqramını hədəf alan bəzi sanksiyaları aradan qaldırıb. Sanskiyaların aradan qaldırılmasının məqsədi İranı Prezident Donald Tramp 2015-ci il nüvə razılığından geri çəkiləndən və ABŞ sanksiyalarını tətbiq edəndən bəri pozduğu sazişə yenidən əməl etməyə cəlb etmək olub.