9 Aprel 2022
Mətni dəyiş
YouTube videohostinqi Rusiya Dövlət Dumasının işini işıqlandıran Duma telekanalının hesabını bloklayıb.
“YouTube”-un Duma TV-nin müəllifləri tərəfindən yayımlanan bəyanatında deyilir: “Hesabınız ixrac məhdudiyyətləri və sanksiyalarla bağlı siyasətimizə uyğun olaraq həmişəlik dayandırılıb”.
Duma TV özünü parlament televiziyası kimi təqdim edir. Onun YouTube kanalında deputatların şərhləri, Dövlət Dumasının iclaslarının verilişləri və müəllif proqramları paylaşılıb. Kanalın 145.000 abunəçisi və ümumilikdə 100 milyondan çox video baxışı olduğu bildirilir.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında ˝YouTube˝-un hərəkətlərini şərh edərək, Rusiyada video hostinqin bloklanmasına hazırlıq görməyə çağırıb. “Görünür, ˝YouTube˝ öz hökmünü imzalayıb. Məzmunu yadda saxlayın, rus platformalarına köçürün. Və tez ”, Zaxarova deyib.
Roskomnadzor Dövlət Dumasının kanalına çıxışın bərpasını tələb edib, bildirib ki, Duma TV-nin bloklanması “məlumatların yayılmasına və ona sərbəst girişə mane olur”.
˝YouTube˝ Amerikanın Google şirkətinə məxsus video hostinq xidmətidir. Martın 11-də Rusiyanın Ukraynaya müdaxiləsi fonunda xidmət Rusiyanın dövlət media kanallarının: RT, Sputnik, Rossiya Seqodnya, RBC və digərlərinin bloklandığını elan edib. Roskomnadzor YouTube-u senzurada günahlandırıb və Google-u “texnoloji təsir tədbirləri” ilə hədələyərək məhdudiyyətləri dərhal dayandırmağa çağırıb.
Martın 18-də “RİA Novosti” mənbələrə istinadən xəbər verib ki, “YouTube” Rusiyada bir həftə ərzində bloklana bilər, lakin bu baş verməyib. Google-un fəaliyyətinə, o cümlədən ˝YouTube˝-a görə qadağa təhlükəsi fonunda şirkət gizli şəkildə bəzi işçilərini Rusiyadan uzaqlaşdırıb.
Aprelin 7-də Roskomnadzor “Rusiya qanunvericiliyinin çoxsaylı pozuntularına” görə, Google-a qarşı “informativ və iqtisadi məcburiyyət tədbirləri” elan edib. "Yandex" və Mail.ru axtarış sistemləri Google resurslarını Rusiya qanunlarını pozan saytlar kimi qeyd etməyə başlayıblar. Bundan əlavə, Rusiya hakimiyyəti Google və onun resurslarının reklamını qadağan edib.