10 Mart 2022
Mətni dəyiş
Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə xalqa müraciət edib.
V.Zelenski son müraciətində xüsusən Rusiya ordusunun Ukrayna şəhərlərini mühasirəsinə diqqət çəkib.
Ukrayna lideri deyib ki, işğalçı ordu Ukrayna xalqını alçaltmağa çalışır.
“Xalqımızı alçaltmaq istəyirlər. İstəyirlər ki, su və çörəyi diz üstə çöküb işğalçıların əlindən götürək. Onlar istəyirlər ki, ukraynalılar ancaq işğala məruz qalmış ərazilərə və ya Rusiyaya gedib canlarını qurtara bilsinlər. Ona görə də Mariupolu, Volnovaxanı, başqa şəhərləri mühasirəyə götürürlər. İşğalçılar öz təbliğatçılarına yeni material təqdim etmək üçün qəsdən bu tamaşanı təşkil edirlər. Yalnız bunun üçün”, - deyə Volodimir Zelenski vurğulayıb.