1 Mart 2022
Mətni dəyiş
Ukraynanın Gürcüstan və Qırğızıstan səfirləri geri çağırılıb.
Bu barədə ölkə prezidenti Volodimir Zelenski xalqa son müraciətində bildirib.
O, buna səbəb kimi adı çəkilən ölkələrin Ukrayna böhranı ilə bağlı mövqeyini göstərib. Dövlət başçısının sözlərinə görə, diplomatların fəaliyyət göstərdiyi ölkələr susmağa və ya Rusiya Federasiyasının Ukraynadakı işğalçı hərəkətlərini dəstəkləməyə qərar verdiyi üçün onları vətənlərinə geri çağırmaq qərarına gəlib.
Ukraynanın Gürcüstandakı səfiri İvan Dolqovdur (2017-ci ildən). Prezidentin sözlərinə görə, Gürcüstan hazırda Ukrayna ordusuna dəstək verməyə hazır olan könüllülərinə əngəllər yaradır, həmçinin Rusiya Federasiyasına qarşı sanksiyalarla bağlı “qeyri-əxlaqi mövqe” ortaya qoyur.
Qırğızıstanda Ukraynanın mövqeyini Valeriy Jovtenko təmsil edir. O, bu vəzifəyə 2018-ci ildə təyin edilib. Rusiyanın müdaxiləsi başlayandan sonra Qırğızıstan Kremlin hərəkətləri ilə razılaşdığını bildirib. Ukrayna hücuma haqq qazandırdığı üçün diplomatını geri çağırır.