1 Mart 2022
Mətni dəyiş
Ukrayna prezidenti Vladimir Zelenski martın 1-də səhər saatlarında Xarkovda Svoboda meydanına endirilən zərbəni “açıq-aşkar terror” adlandırıb.
“Meydanda, eləcə də Xarkov şəhərinin reaktiv artilleriya ilə vurulan yaşayış məntəqələrində heç bir hərbi hədəf yox idi. Mərkəzi meydandakı raket açıq, ört-basdır edilməmiş terrordur. Bundan sonra Rusiya terrorçu dövlətdir”, - o bildirib.
Rusiya hakimiyyəti iddia edir ki, onlar “yalnız hərbi hədəflərə və yalnız yüksək dəqiqlikli silahlarla” zərbələr endirirlər. Eyni zamanda, sosial şəbəkələrdə yaşayış məntəqələrinin, o cümlədən kaset bombalarından istifadə etməklə atəşə tutulması ilə bağlı çoxsaylı sübutlar var.