“NATO Rusiya ilə qarşıdurmadan ehtiyat edir və Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyil”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “ABC News” telekanalına müsahibəsində bildirib.
Zelenski bildirib ki, Ukrayna NATO qarşısında diz çöküb yalvarmayacaq: "Ukraynanı üzvlüyə qəbul etməyə hazır olmadığını anlayandan NATO-dan soyumuşam”, - Volodimir Zelenski bildirib.
Zelenski jurnalistin sualına cavab olaraq əlavə edib ki, Krım və Donbasdakı insanların necə yaşayacaqları məsələsini müzakirə edib, uzlaşa bilərik.“Rusiya hərbçilərinin qarşılarına qoyduğu çox ciddi tapşırıq var - bu gün buradadır (Ukraynanı nəzərdə tutur - red.), sabah Polşa, Almaniyada ola bilər.
ABŞ Prezidenti Cozef Baydenə ən əhəmiyyətli məsələnin hava məkanının təhlükəsizliyi olduğunu söylədim. Çünki bizi bombalayırlar. Dünən Rusiyanın bir raketi Xarkov şəhərində universitet binasına düşdü. Bu gün bizim başımıza gələn sabah başqalarının başına gələ bilər. Şərq canavarı olaraq tanınan Rusiya işğaldan doymayacaq.
Məktəblər, nüvə obyektləri bombalanır. Mən buna əmr verənləri də, onu icra edənləri də cinayətkar sayıram. Məni və ailəmi öldürmək üçün dəstələr göndəriblər. Ancaq mən Kiyevi tərk etməyəcəyəm”, - Volodimir Zelenski bildirib.