Zelenski İsraili tənqid edib: "Yaxşı və pis arasında seçim edin"

Zelenski İsraili tənqid edib: "Yaxşı və pis arasında seçim edin"
21 Mart 2022
Mətni dəyiş

Ukrayna prezidenti Vladimir Zelenski İsrail parlamentində çıxış edən zaman bu ölkəni tənqid edib. Zelenski bildirib ki, onlara çox maraqlıdır ki, İsrail dövləti Ukraynaya niyə hərbi dəstək vermir? Niyə Rusiyaya tətbiq olunan sanksiyalara qoşulmur? Zelenski bildirib ki, İsrail dövləti yaxşı və pis arasında seçimin etməlidir. "Bu baş verənlər bütün dünya, o cümlədən yahudilər üçün faciədir. Sizin "Dəmir Qübbə" Hava Hücumundan Müdafiə Sistemləriniz var, onları bizə verməklə ukraynalıları da, yahudiləri də qorumağımıza kömək edə bilərsiniz. Niyə hərbi dəstək göstərmirsiniz? Sanksiyalara qoşulmursunuz? Bunlara cavab verməli olan və veriləcək cavablarla yaşamalı olan sizlərsiniz", deyə Zelenski bildirib. İsrail Baş naziri Naftali Bennet müharibənin ilk günlərində Rusiyaya səfər etmiş və vasitəçilik təkliş etmişdi. Zelenski bunda cavab olaarq bildirib ki, iki ölkə arasında vasitəçi olmaq olar, amma yaxşı və pis arasında yox.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun