7 Mart 2022
Mətni dəyiş
Ukrayna prezidenti Volodimir Zelenski dünyanı Rusiya Federasiyası ilə ticarət əlaqələrini boykot etməyə çağırıb.
O, bu barədə videomüraciətində bildirib.
"12-ci gündür ki, işğaldan müdafiə olunuruq. Biz bu müharibəni heç vaxt istəməmişik, amma məcbur edilmişik. Öldürmək xəyalımızda olmayıb, amma düşməni torpağımızdan, canımızdan sıxışdırıb çıxamalıyıq. Biz Avropanın heç bir xalqının 80 il ərzində görmədiyi şeylərə dözmək məcburiyyətindəyik. Avropada başqa birinin də eyni təcavüzün qurbanı olub-olmayacağına bizim torpaqlarımızda qərar verilir”, - prezident bildirib.
Zelenskinin sözlərinə görə, o, dünya liderləri ilə müzakirə edib və onların razılaşdıqlarını eşidib: Ukrayna qitənin gələcəyini müqaviməti ilə, dostları isə onların köməyi ilə həll edir.
"İşğal davam edərsə və Rusiya Ukraynaya qarşı planlarından əl çəkməsə, o zaman sülh naminə müharibəyə qarşı yeni sanksiyalar paketinə, yeni qadağalara ehtiyac var. Rus eskportunu, xüsusilə Rusiyadan neft və neft məhsullarının ixracını boykot etmək lazımdır. Terrorçuya pul verməkdən imtina edəndə bunu embarqo və ya sadəcə əxlaq adlandırmaq olar”, - o vurğulayıb.
Dövlət başçısı həmçinin Rusiya Federasiyasına mal tədarükünü boykot etməyə çağırıb.
"Əgər sivil qaydalara əməl edə bilmirlərsə, o zaman onlar da mal və xidmət almasınlar. Qoy müharibə onları qidalandırsın", - o vurğulayıb.
Zelenski deyib ki, beynəlxalq ictimaiyyət daha da qətiyyətli hərəkət etməlidir.
"Kimsə ağlını itirəndə ticarəti də unutmalıdır. İnsan özünü müdafiə etməlidir. Həm dövlətlər, həm də şirkətlər əxlaqlı olmalıdır. İnsanlığı məhv etmək istəyən fövqəlbəşəri qüvvələrə qarşı mübarizə aparmaq lazımdır. Ukrayna ordusunun uğuru, Ukrayna xalqının iradəsi, beynəlxalq sanksiyalar prinsipi "Bu, sülhə gedən yoldur", Zelenski deyib.
UNIAN-ın daha əvvəl xəbər verdiyi kimi, 100-dən çox müxtəlif xarici şirkət artıq mağazalarını bağlayaraq Rusiya Federasiyasını tərk edib. Finlandiyanın məhsul istehsalçıları Valio və Paulig də eyni qərarı verib.
Bundan əlavə, Diageo (brendlər Johnnie Walker, Guinness), Pernod Ricard (brendlər Chivas Regal, Jameson) və Heineken Rusiya Federasiyasına ixracı dayandırıb, Danone və Carlsberg isə investisiya layihələrini dayandırıb.