Zelenski bütün dünyadakı yəhudiləri Babi Yar bölgəsinə raket hücumundan sonra "səssiz qalmamağa" çağırıb

Zelenski bütün dünyadakı yəhudiləri Babi Yar bölgəsinə raket hücumundan sonra "səssiz qalmamağa" çağırıb
2 Mart 2022
Mətni dəyiş
Ukrayna prezidenti Volodimir Zelenski “dünyanın bütün yəhudilərinə” ölkədə baş verənlərə səssiz qalmamağa çağırıb. Buna səbəb Kiyevdə Babi Yar Holokost memorial mərkəzinin yanında yerləşən televiziya qülləsinə raket zərbəsi endirilməsi olub. Zərbə nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb. ˝Müharibənin ilk günündə hər il yüz minlərlə yəhudinin dua etmək üçün gəldiyi Uman vəhşicəsinə bombardman edilib. Sonra 100.000 yəhudinin güllələndiyi Babi Yar. Mən indi bütün dünya yəhudilərinə müraciət edirəm - görmürsünüz ki, nə baş verir? Ona görə də dünyada milyonlarla yəhudinin indi səssiz qalmaması çox vacibdir. Nasizm sükutda doğulur”, - deyə Ukrayna prezidenti bildirib. Kiyev teleqülləsinə raket hücumu Rusiya Müdafiə Nazirliyinin “Rusiyaya qarşı informasiya hücumlarının qarşısını almaq üçün” Ukrayna xüsusi xidmət orqanlarının infrastruktur obyektlərinə zərbələr endirdiyini elan etdikdən az sonra həyata keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun