“Rusiya rəsmi Bakı və İrəvanın sülh müqaviləsinin imzalanmasına hazırlıq nümayiş etdirməsini alqışlayır”.
Bu barədə brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O, Rusiyanın bu məsələdə vasitəçilik etdiyini deyib: "Bu danışıqlar prosesinə hərtərəfli dəstək göstərməyə hazır olduğumuzu bir daha təsdiq edirik. Sülh müqaviləsinin imzalanması vaxtına gəlincə, bu barədə danışmaq hələ tezdir”.
Bu günlərdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması yenidən gündəmə gəlib. Tərəflər qarşılıqlı təkliflər irəli sürüblər. Ermənistanın Türkiyə ilə də münasibətləri normallaşır. 13 il sonra iki ölkənin xarici işlər nazirləri görüşüblər. Ermənistan Türkiyədə keçirilən Antalya Diplomatiya Forumunda ilk dəfə iştirak edib.