Ukraynada döyüşdə həlak olan rus əsgərlərinin cəsədləri Belarusda morqları doldurur. Bu məlumatı AzadlıqRadiosuna yerli sakinlər deyiblər.
Sakinlərin dediyinə görə, döyüşdə həlak olan rus əsgərləri yük maşınları ilə morqlara gətirilir, daha sonra qatar və ya təyyarə ilə Rusiyaya göndərilir.
Sakinlər cəsədlərin Rusiyaya qaytarılmaq üçün Mazırda qatara yükləndiyini görməyin dəhşətini təsvir ediblər.
“Cəsədlərin sayı inanılmaz dərəcədə çox idi. Mozır stansiyasında insanlar qatara mindirilən cəsədlərin sayından sadəcə şoka düşüblər”, – Mazırda yerli sakin AzadlıqRadiosuna belə deyib.
Yerli sakinlərin sözlərinə görə, Homel və Naruliyadakı meyitxanalar da doludur. Belarus həkimləri ölən və yaralanan rus əsgərləri haqqında məlumat yayarkən tutulsalar, işini itirəcəkləri ilə hədələniblər.
ABŞ rəsmiləri iki həftədir davam edən müharibədə indiyədək bir neçə min rus əsgərinin həlak olduğunu təxmin edir. Ukrayna rəsmi mənbələri isə müharibə başlayandan bəri Rusiyanın 12 mindən çox canlı qüvvə itirdinin bildirir.
Xarici jurnalistlərlə görüşdə Ukrayna prezidenti Zelenski Rusiya işğalına qarşı döyüşlərdə Ukraynanın 1300 hərbçi itirdiyini deyib. Rusiya isə öz itkiləri ilə bağlı bir dəfə məlumat verib. İtkilərin 500-ə yaxın olduğunu bildirib.