7 Mart 2022
Mətni dəyiş
Yeni Zelandiya yüzdən çox rusiyalı siyasətçi, iş adamı və onların qohumlarının ölkəyə girişinə qadağa qoyub. Bu barədə Yeni Zelandiya Xarici İşlər və Ticarət Nazirliyinin saytında məlumat verilib.
Sanksiya siyahısına Rusiya prezidenti Vladimir Putin, baş nazir Mixail Mişustin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu, FSB rəhbəri Aleksandr Bortnikov, Sberbank-ın rəhbəri German Qref və RT-nin baş redaktoru Marqarita Simonyan daxildir.
Bundan əvvəl Rusiya prezidenti və onun ətrafına qarşı şəxsi sanksiyalar ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Kanada və Yaponiya tərəfindən tətbiq edilib.
Qərb ölkələri də Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Onlardan ən sərti Mərkəzi Bankın xarici aktivlərinin dondurulması olub.