“Meclis.info” platformasının rəhbəri İmran Əliyev barəsində bu gün saat 2 radələrindən xəbər yoxdur. Bu barədə İ.Əliyevin yaxınları sosial şəbəkədə məlumat yayıb.
Abzas Media xəbər verir ki, ictimai fəal günorta saatlarında dostları ilə görüşmək üçün evdən çıxıb, ancaq görüş yerinə getməyib. Daha sonra onun telefonuna da zəng çatmayıb.
Yaxınları bildirirlər ki, 29 mart saat 14:00-dan İmran Əliyevlə əlaqə saxlamaq mümkün deyil: “Onun hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı ehtimal edilir”.
“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının nümayəndəsi Zaur Əkbər isə bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi ilə əlaqə saxlayıblar və oradan bildirilib ki, İmran Əliyev heç bir polis bölməsində saxlanılmır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi Elşad Hacıyev də İmran Əliyevin saxlanması ilə bağlı məlumata malik olmadıqlarını bildirib.