"Rusiyanın Ukraynaya hücumundan sonra, son bir ayda 4 milyondan çox uşaq qaçqın düşüb"
Bu barədə BMT-nin Uşaq Fondu (UNİCEF) məlumat yayıb.
Məlumatda bildirilir ki, 4 milyon 300 min uşaq öz isti yuvasından məhrum olub. Hesabatda həm qonşu ölkələrə qaçan 1,8 milyon uşaq, həm də Ukraynanın içində gizlənmək məcburiyyətində qalan 2,5 milyon uşaq nəzərdə tutulub.
Təşkilat bildirib ki, İkinci Dünya Müharibəsindən sonra ilk dəfə bu qədər uşaq qaçqın düşüb. Qeyd olunub ki, rəqəmlər göstərir ki, az qala hər dəqiqə bir uşaq qaçqın düşür. 24 fevraldan bu günə qədər hər gün minimum 75 min uşaq qaçqın düşüb.
Rusiyanın Ukraynaya hücumu isə davam edir.