Ukrayna ilə həmrəylik fondu yaradılır. Bu barədə qərar martın 24-də Avropa İttifaqı (Aİ) ölkələrinin liderlərinin görüşündə verilib. Aİ beynəlxalq tərəfdaşları bu fondda dəstək verməyə dəvət edib. Bildirilib ki, Avropa İttifaqı Ukrayna hökumətinə təcili ehtiyaclarında və Rusiyanın hücumu başa çatdıqdan sonra demokratik Ukraynanın bərpası üçün dəstək verməyə sadiqdir. "Bu məqsədlə Avropa İttifaqı həmrəylik üçün etimad fondu yaratmağa razıdır. Ukrayna ilə əməkdaşlıq edir və beynəlxalq tərəfdaşlarını iştiraka dəvət edir”, - məlumatda bildirilir.
Avropa İttifaqı bu etimad fondu çərçivəsində maliyyə vəsaitlərinin toplanması üçün beynəlxalq konfransın vaxtında təşkilinə çağırır.