Ukraynanın Melitopol şəhərinin meri İvan Fyodoro əsir düşən 9 rus əsgəri ilə dəyişdirilib. Bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbərinin mətbuat katibi Darya Zarivna açıqlama yayıb.
Məlumata görə, qaytarılan 9 əsir 2002-2003-cü il təvəllüdlü rusiyalılar olub. "Onlar hamısı uşaq idilər", deyə Darya Zarivna qeyd edib. Bir neçə gündür əsir düşən merin azad olunması üçün addımlar atılırdı. Prezident Vladimir Zelenski bununla bağlı Avropa ölkələrinin rəsmilərindən dəstək istəmişdi. Martın 11-də azad olunduğu bildiriləndə onun xüsusi əməliyyatla azad edildiyi qeyd edilsə də, sonradan 9 əsirlə dəyişdirildiyi aydın olub.