14 Mart 2022
Mətni dəyiş
Ukrayna Ali Radasının keçmiş deputatı Yevgen Rıbçinski Çeçenistan rəhbəri Ramzan Kadırovun Kiyev yaxınlığında olması ilə bağlı xəbərlərə reaksiya verib.
Bu barədə keçmiş deputat “Facebook” hesabında yazıb.
O, Kiyev yaxınlığında olduğu iddia edilən Kadırovun başına mükafat qoyduğunu açıqlayıb. Belə ki, Y.Rıbçinski R.Kadırovu öldürəcək şəxsə ev və Kiyev yaxınlığında 40 sot torpaq söz verib.
"Əgər Kadırov həqiqətən də Kiyevin yaxınlığındadırsa, o zaman Ukrayna Silahlı Qüvvələrinin və ərazi müdafiəsinin hər bir döyüşçüsü çeçen xalqının və Putinin əlaltısının bu biabırçılığını məhv etməyi qarşısına məqsəd qoymalıdır. Mən Kadırovun başına Kiyev yaxınlığında 40 sot torpaq və ev söz verirəm!˝, keçmiş deputat deyib.