Ukrayna tərəfi Rusiya ilə danışıqların növbəti mərhələsinin ağır keçdiyini bildirib

Ukrayna tərəfi Rusiya ilə danışıqların növbəti mərhələsinin ağır keçdiyini bildirib
14 Mart 2022
Mətni dəyiş
Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müşaviri Mixaylo Podolyak tərəflərin videobağlantı vasitəsilə əlaqə saxladığı Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun ağır keçdiyini bildirib. “Tərəflər fəal şəkildə öz mövqelərini ifadə edirlər. Ünsiyyət çətin də olsa davam edir. Fikir ayreılığının səbəbi çox fərqli siyasi sistemlərdir. Ukrayna cəmiyyət daxilində azad dialoq və məcburi konsensus deməkdir. Rusiya isə öz cəmiyyətinin ultimatumla sıxışdırılmasıdır”, - Podolyak Twitter-də yazıb. https://twitter.com/Podolyak_M/status/1503312472400355332?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1503312472400355332%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url= Danışıqlar başlamazdan əvvəl müşavir bildirib ki, Kiyev yenidən atəşkəs, qoşunların çıxarılması və təhlükəsizlik təminatları məsələlərini müzakirə etməyi planlaşdırır. Rusiya tərəfi yeni görüşlə bağlı şərh verməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun