5 Mart 2022
Mətni dəyiş
Xarkov yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin bölmələri əks hücuma keçib. Mesaj qurumun rəsmi Facebook səhifəsində yer alıb.
Ukrayna Silahlı Qüvvələri bildirir ki, Ukrayna hərbçiləri əks-hücum əməliyyatına başlayıb, ruslar isə mövqelərini tərk edirlər.
"Bu, Ukrayna xalqının məğlubedilməzliyi, rusların təlim keçmiş ehtiyatlarının olmaması, işğalçı qoşunların ruhdan düşməsi və ən azı LDNR adlanan birləşmələrin ölkəni tərk etməsi sayəsində mümkün olub", - Ukrayna Silahlı Qüvvələrinin məlumatında deyilir.