Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “İsgəndər-M” raket komplekslərini məhv edib

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus “İsgəndər-M” raket komplekslərini məhv edib
10 Mart 2022
Mətni dəyiş
Çerniqov istiqamətində Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun “İsgəndər-M” ballistik operativ-taktiki raket komplekslərinin diviziyasını məhv edib. Unian bildirir ki, bu barədə martın 10-da günortadan sonra “Şimal” əməliyyat komandanlığından məlumat verilib. “Çerniqov istiqamətində “Şimal” əməliyyat komandanlığının bölmələrindən biri dinc əhaliyə atəş açan “İsgəndər-M” diviziyasını məhv edib”, - məlumatda deyilir. Bundan əvvəl Kiyev vilayətində 72-ci motoatıcı briqada ilə rus hərbçiləri arasında gedən şiddətli döyüş videoya çəkilib. Səhər saatlarından Ukrayna hərbçilərinin əks-hücuma keçdiyi xəbərləri gəlməyə başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun