Rusiya Federasiyası itkirləini kompensasiya etmək və döyüş bölmələri formalaşdırmaq üçün Ermənistandakı hərbi bazasını Ukrayna ərazilərinə köçürür. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb Məlumata görə, Cənub Hərbi Dairəsinin 8-ci ümumi ordusunun 20-ci motoatıcı diviziyasının daimi dislokasiya nöqtəsində 130-a yaxın hərbçi döyüş əməliyyatlarında iştirakdan imtina edib. "Müsbət nəticələrin olmaması və qarşıya qoyulan tapşırıqların icrasının mümkünsüzlüyü səbəbindən Rusiya Hərbi Hava Qüvvələrinin 45-ci əlahiddə xüsusi təyinatlılar briqadasının komandiri, polkovnik Vadim Pankovun tutduğu vəzifədən azad edilməsi planlaşdırılır. O, Qostomel hava limanında döyüş tapşırığını yerinə yetirməməkdə ittiham olunur", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumatında deyilir.