Ukrayna Müdafiə Nazirliyi ötən gün döyüş zolağında baş verənlərlə bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, Rusiya ordusu martın 8-də də istədiklərinə nail olmayıb.
Paytaxt Kiyev daxil olmaqla bir çox bölgələrdə geri oturdulan Rusiya ordusu çoxlu sayda itki verib. Bu səbəbdəndir ki, ordu birlikləri Krıma və separatçı bölgələrə toplanır. Bununla bərabər, Rusiya tərəfi Ukraynada döyüşmək üçün könüllülərin yığılması istiqamətində fəallığı artırıb: “Ukrayna ilə döyüşmək üçün Moldovanın tanınmayan Dnestryanı bölgəsindən 800-dək əsgər toplanıb, ancaq onların mənəvi-psixoloji vəziyyəti çox aşağı səviyyədədir.Danışıqların növbəti raundu bu gün və ya sabah gözlənilir.
Martın 9-da Rusiya-Ukrayna müharibəsinin 14-cü günüdür.