5 Mart 2022
Mətni dəyiş
˝Xarkovun atəşə tutulması davam edir, Çerniqovda vəziyyət çətindir˝.
Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko bildirib.
O, Xarkov yaxınlığında düşmənin 488-ci motoatıcı alayının məhv edilməsi münasibətilə ukraynalıları təbrik edib. "Lakin təəssüf ki, Xarkovun atəşə tutulması davam edib. Çerniqovda vəziyyət ağırdır", - Denisenko bildirib. Onun sözlərinə görə, gecə saatlarında Ukraynanın cənubunda - İzmail, Yujnı, Kiliya, Belqorod-Dnestrovskidə hava hücumu olub.
O xatırladıb ki, dünən Xersonda ruslar humanitar yardım paylamağa cəhd ediblər, lakin yerli sakinlər onlardan heç nə almayıblar. "Yaxınlıqdakı müəssisələrdən Xerson şəhərinə məhsul gətirmək üçün humanitar dəhlizlərlə bağlı ilkin razılaşmalar var idi. Onu qəsdən bağladılar, gətirməyə imkan vermədilər ki, insanlar gəlib ruslardan humanitar yardım istəməyə başlasınlar. Xerson sakinlərinin özlərində güc tapması münasibəti ilə bizi təbrik etmək istərdim. Siz (ruslar - red.) bizi acından öldürmək istəsəniz də, biz sizin humanitar yardımınıza əhəmiyyət vermədik”, - Denisenko bildirib.
˝Ukrayna xalqının Rusiyanın hərbi işğalına qəhrəmancasına müqavimətinin onuncu günü başlayıb.
İşğalçıların birlik və bölmələri ruhdan düşüb, işğalçı ordunun əsgər və zabitləri Ukrayna torpaqlarında silah və texnika qoyaraq təslim olmaqda, qaçmaqda davam edirlər.
Aktiv döyüş əməliyyatları təkcə ukraynalı müdafiəçilərin silahlı birləşmələri tərəfindən deyil, sadə silahsız insanlar tərəfindən də düşmənə ziyan vurur, işğalçıya öz vətəndaş mövqeyini nümayiş etdirir, ona psixoloji məğlubiyyət verir˝- Vadim Denisenko əlavə edib.