11 Mart 2022
Mətni dəyiş
Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş baş tuta bilər. Bunun yaxın gələcəkdə baş verəcəyinə inanmağa imkan verən ilkin şərtlər var. Bu barədə NTV telekanalı məlumat yayıb.
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib ki, Antalyada xarici işlər nazirləri Dmitro Kuleba və Sergey Lavrov arasında keçirilən görüş tərəflərin danışıqları davam etdirməyə hazır olduğunu göstərib.
"Lavrov bildirib ki, prezident Putin Zelenski ilə görüşməkdən çəkinməyəcək. Mən bunu yaxşı əlamət hesab edirəm. Bunun gec-tez baş verəcəyinə inanmaq üçün əsas var", - mesajda deyilir.
Kalının sözlərinə görə, Türkiyə danışıqlarda üçüncü tərəf olmağa və “asanlaşdırıcı rol” oynamağa hazırdır.
Öz növbəsində, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib ki, dövlət başçılarının görüşü mümkündür.
“Heç kim Putinlə Zelenskinin görüşünü istisna etmir. Bu, konseptual olaraq mümkündür, lakin əvvəlcə danışıqlar aparan tərəflər öz üzərinə düşəni etməlidirlər”, - Peskov bildirib.