The Times: "Bir həftə ərzində Zelenskiyə üç sui-qəsd cəhdi olub"

The Times: "Bir həftə ərzində Zelenskiyə üç sui-qəsd cəhdi olub"
4 Mart 2022
Mətni dəyiş
Son bir həftə ərzində Ukrayna prezidenti Vladimir Zelenski ən azı üç sui-qəsd cəhdindən sağ qurtulub. Bu barədə Britaniyanın The Times qəzeti yazıb. Nəşrin məlumatına görə, Ukrayna prezidentini öldürmək tapşırığı ilə ölkəyə iki qrup - "Wagner" özəl hərbi şirkətinin muzdluları və çeçen xüsusi təyinatlıları göndərilib. Qəzetin yazdığına görə, bütün cəhdlər Ukraynada müharibəyə qarşı çıxan FSB zabitlərinin hərəkətləri üzündən baş tutmayıb. Qrupa yaxın mənbə bildirib ki, “Wagner”çilər Zelenskini öldürmək cəhdləri zamanı itki veriblər. Mənbə Prezidentin Təhlükəsizlik Xidmətinin əməliyyatla bağlı məlumatlılıq səviyyəsini “inanılmaz” adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun