Taliban Əfqanıstan bayrağını qadağan edib

Taliban Əfqanıstan bayrağını qadağan edib
21 Mart 2022
Mətni dəyiş

2021-ci ilin avqusutunda 'fqan;standa hakimiyyəti çevriliş yolu ilə ələ keçirən Taliban silahlıları beynəlxalq aləm tərəfindən də tanınan üçrəngli Əfqanıstan bayrağını rəsmən qadağan edib.  Yeni qərarlar Əfqanıstan bayrağının yerini islamçı təşkilatın əmirlik bayrağı alacaq. Talibanın yeni əmrinin icrası ilk olaraq yerli dövlət qurumlarında və beynəlxalq təmsilçiliklərdə həyata keçirilir. Taliban bayrağının üzərində "Allahdan başqa illah yoxdur, Məhəmməd peyğəmbərin onun qulu və elçisi olduğuna inanıram və bunu sözlərlə ifadə edirəm" mənasını verən "Kəlmeyi-şəhadət" yazılıb. Beynəlxalq aləm tərəfindən tanınmayan Taliban silahlıları 2021-ci ilin dekabr ayında Əfqanıstanın adını dəyişdirərək, Əfqanıstan İslam Əmirliyi edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun