Fevralın 7-si Ukrayna və Rusiya arasında üçüncü görüş baş tutub. Tərəflər 2-3 saatlıq görüşdən çıxdıqdan sonra ciddi nəticə olmadığını bildiriblər. Qeyd olunub ki, növbəti dəfə də görüşəcəklər. Ancaq bununla bərabər, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında da görüş baş tuta bilər. Artıq Kuleba görüşün ola biləcəyini təsdiqləyib.
"Hələlik (görüş-red) 10-a (martın 10-a-red) planlaşdırılır. Görək o, Antalyaya gələcəkmi, onda mən də təyyarə ilə uçacam. Oturub danışaq", - Kuleba telemarafonda çıxışı zamanı deyib.
“Cənab Lavrova ilk sözlər çox sadə olacaq. Mən ona deyəcəm: “Cənab Lavrov, hesab edirəm ki, bu görüşü cinayətin, Ukraynaya qarşı təcavüzün həmtəşkilatçısı ilə keçirirəm. Bu danışıqlarda siz bu cinayəti dayandıra və ya ən azından dayandırmağa cəhd edə bilərsiniz, gəlin ciddi söhbət edək". Əgər o, ciddi söhbətə hazırdırsa, o zaman diplomat olaraq biz də ciddi söhbət edəcəyik”, - Kuleba bildirib.
Ukraynanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Dmitri Kuleba və onun rusiyalı həmkarı Sergey Lavrov arasında Antalyada görüş üzərində iş gedir.