Təklif: "'Moskva' prospektinin adı dəyişdirilib 'Mariupol' prospekti edilsin"

Təklif: "'Moskva' prospektinin adı dəyişdirilib 'Mariupol' prospekti edilsin"
14 Mart 2022
Mətni dəyiş

Bakının Yasamal rayonunda yerləşən "Moskva" prospektinin adının dəyişdirilib "Mariupol" prospekti edilməsi təklif olunur. 

Bu barədə ˝Demokartiya Naminə Ukraynaya Dəstək Platforması˝nın həmtəsisçisi Seymur Həzi məlumat yayıb. Siyasətçi bildirib ki, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib.

"Ukrayna xalqının işğalçı Rusiya ordusuna qarşı qəhrəmancasına müqavimətini bütün dünya heyranlıqla izləyir. Günlərdir mühasirədə olan Mariupol şəhərində isə ukraynalılar rus faşizminə qarşı dirəniş tarixinin qızıl səhifələrini yazırlar.

Rusiya hərbi hava qüvvələri 400 mindən artıq insanın yaşadığı bu şəhəri gecə-gündüz bombardman etməkdədir. Artıq 2000 nəfərdən çox insanın həlak olduğu bildirilir.

Bu insanların ölümünə səbəb olan fərman Moskva şəhərində imzalanıb. Uzun illər işğal acısı yaşamış və bu savaşda minlərlə vətəndaşını itirmiş Azərbaycanın paytaxtında Moskvanın adını daşıyan prospekt olmamalıdır.

˝Demokratiya Naminə Ukraynaya Dəstək Platforması˝ Moskva prospektinin adının dəyişdirilərək Mariupol prospekti adlandırılması tələbilə Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova müraciət etmək qərarına gəlib. Bu təklifi dəstəkləyən hər kəs müraciətə qoşula bilər", - deyə məlumatda qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun