11 Mart 2022
Mətni dəyiş
Rusiya Federasiyası müdafiə naziri Sergey Şoyqu bildirib ki, Yaxın Şərqdən 16 minə yaxın könüllü “azadlıq hərəkatında” iştirak etmək üçün LXR və DXR-ə gəlmək arzusunu ifadə edib. O, bu barədə Təhlükəsizlik Şurasının iclasında bildirib.
Rusiya prezidenti Vladimir Putin Şoyquya onlara "müharibə zonasına getməyə kömək etməyi" əmr edib və Qərb ölkələrinin "beynəlxalq hüququn istənilən normalarına" zidd olaraq Ukraynaya "muzdlu əsgərlər" göndərmələrini buna əsas olaraq göstərib.
Putin həmçinin Şoyqunun hava hücumundan müdafiə və tank əleyhinə raket sistemlərinin, ələ keçirilən Ukrayna və Qərb silahlarının, o cümlədən Javelin və Stinger komplekslərinin DXR və LXR-ə ötürülməsi təklifini bəyənib.
Rusiyanın Suriya muzdlularını Ukraynaya müharibəyə göndərmək planları barədə martın 6-da “The Wall Street Journal” ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb. İddia olunurdu ki, söhbət şəhər mühitində döyüş təcrübəsi olan döyüşçülərdən gedir.