1 Mart 2022
Mətni dəyiş
Rusiya Müdafiə Nazirliyi avqustda keçiriləcək “Ordu-2022” hərbi-texniki forumu çərçivəsində ilk “Beynəlxalq Antifaşist Konqresi”ni keçirəcək. "İnterfaks" xəbər verir ki, bu barədə qurumun rəhbəri Sergey Şoyqu iclas zamanı danışıb.
Onun sözlərinə görə, konqres “müasir dünyada təzahürünün istənilən formasında nasizm ideologiyasına, neonasizmə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səylərini birləşdirməyə” çağırılır.
Həmçinin görüş zamanı müdafiə naziri bəyan edib ki, Rusiya ordusu Ukraynada “xüsusi hərbi əməliyyatı” “qarşıya qoyulan məqsədlərə nail olunana qədər” davam etdirəcək.
“Bizim üçün əsas məsələ Rusiya Federasiyasını ölkəmizə qarşı mübarizədə Ukrayna xalqından istifadə etməyə çalışan Qərb dövlətlərinin yaratdığı hərbi təhlükədən qorumaqdır”, - Şoyqu bildirib.
Müdafiə Nazirliyinin rəhbəri bir daha vurğulayıb ki, Rusiya Ukraynanı işğal etmək fikrində deyil və "yalnız hərbi obyektlərə və müstəsna olaraq yüksək dəqiqlikli silahlarla" zərbələr endirir.