Ukraynada gedən döyüşlərdə son bir həftədə Rusiyanın 2 generalı öldürülüb. Bu barədə Ukrayna Ordusunun Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Xarkov şəhəri yaxınlığında gedən döyüşlərdə Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci ordusunun komandanı, general-mayor, qərargah rəisi, komandanın birinci müavini Vitali Gerasimov öldürülüb. Məlumatda bildirilib ki, generalla birlikdə daha bir yüksək rütbəli zabit öldürülüb.
Vitali Gerasimov ikinci Çeçenistan müharibəsində və Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında iştirak edib. "Krımın qaytarılmasına görə" medalını alıb.
Martın əvvəllərində Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələri 41-ci ordu komandanının müavini, 7-ci desant diviziyasının keçmiş komandanı general-mayor Andrey Suxovetskini öldürüb.