5 Mart 2022
Mətni dəyiş
Sinqapur hakimiyyəti Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar sanksiyalar çərçivəsində dörd Rusiya bankı - VTB, VEB.RF, Promsvyazbank və Rossiya ilə əməliyyatları qadağan edib. Sinqapur Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, onların aktivləri dondurulacaq.
Məhdudiyyətlər həmçinin Rusiya Federasiyası hökumətinin, Rusiya Bankının və onlarla əlaqəli təşkilatların xeyrinə vəsaitlərin yığılmasına töhfə verən əməliyyatların və maliyyə xidmətlərinin göstərilməsinin qadağan edilməsini nəzərdə tutur.
Bundan əlavə, Sinqapur Rusiyaya hərbi malların, eləcə də elektronika və kompüterlərin ixracına qadağa qoyub.
Rusiya Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanıdıqdan, həmçinin Ukrayna ərazisində hərbi əməliyyatlara başladıqdan sonra ona qarşı bir neçə raund sərt iqtisadi sanksiyalar tətbiq olunub. Banklar, məhsul idxalı, rusiyalı iş adamları və məmurları, şəxsən Rusiya prezidenti Vladimir Putin məhdudiyyətlərə məruz qalıb.