2 Mart 2022
Mətni dəyiş
Sberbank Avropa bazarından çəkilmək qərarına gəlib. “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə bankın məlumatında deyilir.
“Qrupun törəmə şirkətləri anormal nağd pul axını və işçilərin və filialların təhlükəsizliyinə təhdidlərlə üzləşib. Rusiya Mərkəzi Bankının əmrinə əsasən, Rusiya Sberbankı Avropanın törəmə banklarına likvidlik verə bilməyəcək”, - Sberbank bildirib.
Şirkət onun törəmə banklarının yüksək kapitala malik olduğunu, müştərilərin əmanətlərinin yerli qanunvericiliyə uyğun olaraq sığortalandığını diqqətə çatdırıb. Sberbank əmindir ki, bankın aktivləri bütün əmanətçilərə ödəniş etmək üçün kifayətdir.
Fevralın 24-də Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Sberbank Qərbin sanksiyalarına məruz qalıb. Bundan əlavə, bank Çexiyadakı filiallarının işçilərinə hücumlar və çex müştərilərindən vəsaitlərin "anomal axını" barədə məlumat verib. Bu səbəbdən Sberbank bütün Çexiya filiallarını bağlayıb.