21 Mart 2022
Mətni dəyiş
Rusiyalı milyarder iş adamı Gennadi Timçenko könüllü olaraq təbii qaz şirkəti "Novatek"in direktorlar şurasını tərk edib. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
˝Novatek˝-in melumatında başqa təfərrüatlar verilmir. Timçenkonun özü isə hələlik vəziyyəti şərh etməyib. bundan əvvəl iş adamı “Novatek”-in direktorlar şurasına namizədlər siyahısına daxil edilməyib.
Gennadi Timçenko Rusiyanın Ukraynaya müdaxiləsinə görə Qərbin sanksiyalarına məruz qalan rus iş adamları arasında olub. Onun Avropa İttifaqı və Böyük Britaniyadakı aktivləri dondurulub.
Hələ hərbi əməliyyatlar başlamazdan əvvəl, Ukrayna ətrafında gərginliyin artması fonunda Timçenkonun sərvəti, ˝Forbes˝-in hesablamalarına görə, 1,9 milyard dollar azalaraq 22,8 milyard dollara düşüb. Ən çox itkiyə ˝Novatek˝-in əsas sahibi Leonid Mixelson məruz qalıb, onun sərvəti 2,1 milyard azalaraq 25,5 milyard dollar olub.
Real vaxt rejimində ən varlı iş adamlarının siyahısını tərtib edən ˝Forbes˝ xidmətinin məlumatına görə, martın 21-nə Timçenkonun sərvəti 12,8 milyard dollara çatıb.
2018-ci il üçün açıqlanan son məlumatlara görə, Timçenko ˝Novatek˝-də 23,49 faiz paya sahib idi. Digər 24,76 faiz Mişelson, 19,4 faiz Fransanın ˝TotalEnergies˝, 9,99 faiz ˝Qazprom˝-a məxsus olub.