Ukraynada söz azadlığına və jurnalistlərə dəstək məqsədilə bu həftə Lvovda Mətbuat Azadlığı Mərkəzi açılacaq, bu barədə “Sərhədsiz reportyorlar” təşkilatının məlumatında deyilir.
Lvovda Mətbuat Azadlığı Mərkəzi jurnalistləri müdafiə mərkəzi kimi onları hazırda çatışmayan zirehli geyimlər və kaskalarla təmin edəcək. Bu yer həmçinin maliyyə və ya psixoloji yardıma ehtiyacı olan jurnalistlər üçün resurs mərkəzi olacaq.
Mərkəz Lvov Beynəlxalq Media Mərkəzinin binasında fəaliyyət göstərəcək. Xarici jurnalistlər saat 8:00-dan 20:00-dək orada çalışa bilər, internetdən və hücum olarağı təqdirdə sığınacaqdan istifadə edə bilər.
Lvovdakı Mətbuat Azadlığı Mərkəzi ukraynalı jurnalistləri dəstəkləmək üçün jurnalistlərin n-ost Avropa şəbəkəsi proqramı ilə sıx əməkdaşlıq edəcək.
Mərkəzin ilk tərəfdaşları Niderlanddan Limelight Foundation və Adessium Foundation, Almaniyadan Schöpflin Foundation, Belçikadan King Baudouin Foundation və Böyük Britaniyadan Oak Foundation, eləcə də onlarla fərdi donor olub.