Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib, I Fəxri xiyabanda dəfn edilib

Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib, I Fəxri xiyabanda dəfn edilib
16 Mart 2022
Mətni dəyiş

Nizami Kino Mərkəzində Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib.  Mərasimdə dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimə əkili göndəriblər. Mərasimdə mədəniyyət naziri Anar Kərimov da iştirak edib. Anar Kərimov bildirib ki, Rüstəm İbrahimbəyov 60 il Azərbaycan mədəniyyətinə xidmət edib: "O, həm də mədəniyyət və incəsənətimizin dünyada tanıdılmasında müstəsna xidmətlər göstərib. Bu mərasimi keçirməklə onun ailəsinə, yaxınlarına və ümumiyyətlə, Azərbaycan və Rusiya ictimaiyyətinə başsağlığı verirəm". Anar Kərimov əlavə edib ki, İbrahimbəyovun əsərləri Azərbaycan mədəniyyət səlnaməsinə qızıl hərflərlə yazılıb. "Onun əsərlərinə çox gözəl filmlər çəkilib ki, onlar Azərbaycan mədəniyyət səlnaməsinə qızıl hərflərlə yazılıb. Onun fəaliyyəti təkcə kino ilə məhdudlaşmayıb, həm də teatr tamaşalarına quruluş verib. Bu da onun çoxşaxəli fəaliyyətindən xəbər verir. Onun yaratdığı yeni obraz və üslüblar daim Azərbaycan xalqının qəıbində yaşayacaq", - nazir vurğulayıb. Daha sonra, brahimbəyov I Fəxri xiyabanda torpağa tapşırılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun