Rusiyalı jurnalist Oksana Baulina Rusiyanın hava hücumları nəticəsində Ukraynanın paytaxtı Kiyevdə həyatını itirib.
Baulina Lvovda "The Insider" üçün xəbər hazırlayırdı. Jurnalist bundan əvvəl Rusiyada həbsdə olan müxalifət lideri Aleksey Navalnının Korrupsiya əleyhinə Mübarizə Fondunda (FBK) işləyib. O, Rusiyanı tərk etməli olmuşdu. Oksana Baulina son bir ayda Ukraynada ölən beşinci jurnalistdir.Martın əvvəllərində Ukraynanın Live kanalında və İspaniyanın EFE xəbər agentliyində işləyən operator Yevheni Sakun Kiyevdə televiziya qülləsinin bombalanması nəticəsində həlak olub.
İki həftə sonra amerikalı jurnalist və kinorejissor Brent Renaud İrpində öldürülüb.
İki gün sonra Fox TV-də işləyən operatorlar Piyer Zakrzevski və Aleksandra Kuvshinova avtomobillərinə atəşə tutulması nəticəsində həyatlarını itiriblər.