Fevralın 14-ü Rusiya Televiziyasının Birinci kanalında "Vremya" proqramının canlı efirində müharibə əleyhinə aksiya təkadamlıq aksiya olub.
Belə ki, verilişin aparıcısı Ekaterina Andreyeva hökumətin Qərbin sanksiyalarına qarşı addımlarından danışan zaman efir redaktoru Marina Ovsyanikova studiyaya daxil olaraq, "Müharibəni dayandırın. Təbliğata inanmayın. Burada yalan danışırsınız" şuarları təsfir edən plakatla efirə çıxır.
Bir neçə saniyədən sonra "Zaman" proqramının rejissorları əvvəlcədən hazırlanmış süjetin kadrları ilə efiri dayandırdılar.
Məlumatlara görə, Marina Ovsyanikova hadisədən sonra polislər tərəfindən saxlanılıb. O, Rusiya ordusu əleyhinə təbliğat aparmaqda ittiham olunur.
Ovsyanikova həbs olunacağını bildiyi üçün əvvəlcədən hazır vdeio çəkib və o tutulduqdan sonra video yayılıb. Videomüraciətdə deyir ki, Ukraynada baş verənlər cinayətdir və bunun məsuliyyəti Putindədir.