Rusiyalı biznesmen Oleq Tinkov martın 6-da bəyan edib ki, daha milyarder deyil, sanksiyalar ucbatından xeyli pul itirib.
Rusiyalı oliqarxlar Rusiyanın Ukraynaya qarşı davam edən işğalından narahatlıq dilə gətiriblər. Bu arada Qərb ölkələri Kremlə yaxın oliqarxlara sanksiyalar tətbiq etməkdədir.
Prezident Vladimir Putinlə sıx əlaqələri ilə tanınan oliqarx Oleq Deripaska martın 7-də Twitter-də yazıb ki, Ukraynada müharibə mümkün qədər tez dayandırılmalıdır.
“Bütün dünya fərqli olacaq”
“Bizə mümkün qədər tez sülh gərəkdir, çünki qayıdış mümkün olmayan nöqtəni keçmişik... Bütün dünya fərqli olacaq, Rusiya da fərqli olacaq”, – Deripaska yazıb.