4 Mart 2022
Mətni dəyiş
Rusiya BBC-nin rus xidmətinə və AzadAvropa/”Azadlıq” radiosunun (RFE/RL) saytlarına girişi məhdudlaşdırır.
Həmçinin “Deutsche Welle”-in Rusiyadakı saytları, “Facebook”, “Twitter” sosial şəbəkələri və “Apple”, “Google” tətbiq (əpp) mağazaları da bloklanıb.
Bu barədə RosKomNadzor məlumat verib. Qurum bunu BBC və “Azadlıq” radiosunun rusdilli internet saytlarının Ukraynadakı münaqişə ilə bağlı yalan məlumatlar yayması ilə belə əsaslandırıb.
Rusiya dəfələrlə Qərb media təşkilatlarının dünyaya qismən və çox vaxt anti-Rusiya baxışı təqdim etdiyini bildirib.
Rəsmi Kreml bildirib ki, Rusiyanı ittiham edənlər öz liderlərini İraq və korrupsiya kimi dağıdıcı xarici müharibələrə görə hesaba çəkə bilmirlər.
Qərb liderləri isə illərdir ki, Rusiyada dövlət mediasının üstünlüyü ilə bağlı narahatlıqlarını dilə gətirirlər. Onlar deyirlər ki, 1991-ci ildə Sovet İttifaqı dağılanda əldə edilmiş azadlıqlar Prezident Vladimir Putin tərəfindən geri alınıb.
Rusiyanın RİA xəbər agentliyi media nəzarəti orqanının rəsmi reyestrinə istinadən BBC Rus xidmətinin, həmçinin “Azadlıq” radiosunun və “Meduza” media orqanının internet saytlarına girişin məhdudlaşdırıldığını bildirib.
Martın 3-də alınan rəsmi bildirişə görə, Rusiya rabitə nəzarəti orqanı bildirib ki, “Azadlıq” radiosunun rus xidməti “Rusiyanın Ukrayna ərazisinə iddia edilən hücumu ilə bağlı açıq-aydın saxta sosial əhəmiyyətli məlumatlar” yayıb.
“Azadlıq” radiosu rəsmi bildirişə istinadən “Belə məlumat yanlışdır” deyib.
Ukraynadakı vəziyyəti təsvir etmək Moskvada həssas mövzuya çevrilib.
Həmçinin martın 4-də Dövlət Duması Rusiya Silahlı Qüvvələrinin Ukraynada hərəkətləri barədə saxta məlumatlara görə, cinayət məsuliyyəti nəzərdə tutan qanunu dörd oxunuşda qəbul edib. Bu qanun layihəsində uzunmüddətli həbs cəzaları nəzərdə tutulur.
Rusiya BBC-nin rus xidmətinə və AzadAvropa/”Azadlıq” radiosunun (RFE/RL) saytlarına girişi məhdudlaşdırır.
Həmçinin “Deutsche Welle”-in Rusiyadakı saytları, “Facebook”, “Twitter” sosial şəbəkələri və “Apple”, “Google” tətbiq mağazaları da bloklanıb.
Bunu ölkənin kommunikasiyalara nəzarət orqanı edib. Qurum bunu belə əsaslandırıb ki, BBC və “Azadlıq” radiosunun rusdilli internet saytları Ukraynadakı münaqişə ilə bağlı yalan məlumatlar yayır.